Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 76 yaşlı Ələsgər Dadaşov yaşadığı evdə boğularaq öldürülüb.
Onun meyiti yaşadığı evdə tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.