25 İyun 2018 15:23
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq yolu qanunsuz narkotik vasitələri ölkəmizə gətirməkdə təqsirli bilinən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra tərkibdə olan hakimlərdən biri Eldar İsmayılov özü-özünə etiraz verib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Məhkəmə etirazı təmin edib və Eldar İsmayılov bu cinayət işi üzrə heyətdən kənarlaşdırılıb.

Növbəti proses iyunun 27-də davam edəcək.

İttihama görə, Çingiz Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinib. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər