25 İyun 2018 19:54
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də güllənərək qətlə yetirilən Ermənistan ordusunun baş çavuşu, komandir müavini Avanes Melkonyanın qatilinin kimliyi məlum olub.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Melkonyan bölük komandiri tərəfindən öldürülüb.

Hadisə ayın 22-də axşam saatlarında xidməti yerdə baş verib. Cinayətin görüntüləri yaxınlıqda dayanmış yük maşınının sürücüsü tərəfindən qeydə alınıb.

Avanes Melkonyanı mədəsindən vuraraq öldürən bölük komandiri həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu