15 Avqust 2014 10:56
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Ağsu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bozavand kəndində qeydə alınıb. Kənd sakini Lalə Lətifova özünü yaşadığı evin həyətində olan tövlədə özünü asaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: