27 İyun 2018 13:17
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Qədir Soltanov ifadə verib.

O, bildirib ki, adı bu cinayət işində keçdiyi üçün axtarışa verilib. Onun sözlərinə görə, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.

Məlum olub ki, Qədir Sultanovun barəsində dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, hazırda onun cinayət işi ayrıca icraatda araşdırılır.

Qədir Soltanovun sözlərinə görə, Sahib Şükürovla bir məhəllədə yaşayıb. O, , heç kəsi işə düzəltmətmək barədə vəd vermədiyini, kimisə həbsdən azad etdirməyə cəhd etmədiyini və kimdənsə bunun qarşılığında pul almadığını deyib.

Növbəti proses iyulun 4-də davam edəcək.

İttihama görə, Sahib Şükürov 1958-ci ildə Sabirabad rayonunda anadan olub və Bakı şəhərində qeydiyyatdadır. Sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir.

Daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

İttihama görə, Sahib Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

O, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verib, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

Sahib Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər