28 İyun 2018 10:19
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Rəşad Xələfovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşad Xələfovun barəsində olan ittiham sübuta yetirilməyib və onun barəsində bəraətverici hökm çıxarılıb.

İttihama görə, "Consol Group" havalandırma sistemləri şirkətinin müdiri 1983-cü il təvəllüdlü Ceyhun Cəfərov dələduzluqla üzləşməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2016-cı il avqustun 28-də Rəşad Xələfov şirkətdən 15 min 211 manat dəyərində avadanlıq alıb, lakin pulunu ödəməyib.

İstintaq orqanı tərəfindən Rəşad Xələfovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər