28 İyun 2018 10:39
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Babayevin barəsində 1 il 2 ay cəza təyin edilib. Onun həmin təyin olunan cəza müddətini istintaq və məhkəmə dövründə çəkdiyi nəzərə alınıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı müəssisəsində cəza çəkərkən, 2016-ci il dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə yaradıb .

Dəstə üzvləri Bakıda və bölgələrdə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb. Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildiriblər. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiya edib.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Krıtı Araz"kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər