Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.
Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində Elşən İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.
Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib.
***
11:49
Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərə yaxın ərazidə dənizdən üzərində xəsarətlər olan kişi meyiti aşkarlanıb.
Araşdırmalarla meyiti tapılan şəxsin kimliyi müəyyən edilib. Həmin şəxsin Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən İsgəndərov olduğu müəyyən edilib.
Elşən İsgəndərovu oğlu İsmayıl İsgəndərov öldürüb və daha sonra meyitini dənizə atıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.