15 Avqust 2014 11:46
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bazardan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avqustun 14-də Lökbatan qəsəbəsində yerləşən bazarda Rafiq Tağıyevin cibindən 350 manat, İsmayıl Salahovun cibindən isə 170 manat oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rəşad Həsənov yaxalanıb.

Hacı Zeynalov


Müəllif: