30 İyun 2018 12:17
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Mingəçevir şəhərindəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə iyunun 29-da Mingəçevir şəhərində baş verib.

Şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. xəstəxanaya yerləşdirilmiş Təranə Nəbiyeva orada ölüb.

Xalid Əliyev Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər 1977-ci il təvəllüdlü arvadı Təranə Nəbiyeva qəfil hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər