30 İyun 2018 15:59
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitini Yardımlı rayon polis şöbəsinin əməkdaşları aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, meyit Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

Mail Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər