Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.
Teleqraf.com xəbər verir ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla Pərviz Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.
Görülmüş tədbirlərlə Ələkbər Ağakişiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.