3 İyul 2018 16:46
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda banka basqın etməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Nazim Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti proses iyulun 10-da davam edəcək.

İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib.

Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub.

Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər