15 Avqust 2014 16:08
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan şəhərindəki Hüquq və İdarəetmə Akademiyasının Azərbaycandan göndərilmiş dinləyiciləri və onların valideynləri ilə görüşü keçirilib.

Teleqraf.com-un xəbərinə görə, müdavimləri və onların valideynlərini salamlayan Mədət Quliyev istedad və bacarığını göstərmək istəyən gənclərə dövlət qayğısının əsasının hələ ötən əsrdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu ənənənin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Nazir müavini qeyd edib ki, Penitensiar xidmət üçün ixtisaslı kadrlar hazırlayan Ryazan şəhərindəki tədris müəssisəsində təhsil alanlar yaradılmış bu fürsətdən səmərəli istifadə etməli, dövlətimizin onlara göstərdiyi etimadı doğrultmalıdırlar.

Valideynlərin ürək sözlərini dinləyən Mədət Quliyev Akademiyanın rəhbərliyi və müəllim heyəti ilə mütəmadi əlaqə saxlanıldığını, müdavimlərin məişət problemləri ilə daim maraqlanıldığını qeyd edərək, valideynlərə övladlarının təlim-tərbiyə məsələlərinə hər zaman diqqət yetirməyi, yarana biləcək problemlərlə bağlı birbaşa Penitensiar xidmət rəhbərliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Çıxış edən valideynlər övladlarının təhsili üçün yaradılmış şəraitə görə Azərbaycan dövlətinə və ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər