6 İyul 2018 22:39
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Olimpiya Komitəsinin prezidenti Qagik Çarukyan və köməkçisi Eduard Babayana qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, komitə rəsmiləri sağlamlığa qəsdən zərər vurmaqda ittiham olunurlar.
2012-ci ildə keçirilmiş boks üzrə dünya çempionatında Ermənistanı Vyaçeslav Arutyunov adlı vətəndaşın oğlu təmsil edib. Həmin vaxt Çarukyan Arutyunovu əmin edib ki, oğlunun hərbi xidmətdən azad edilməsinə kömək edəcək.

Lakin Çarukyan vədini unudur. Növbəti dəfə komitə sədri ilə görüşdə isə Eduard Babayan və adamları boksçunun atasını ölümcül həddə döyürlər.

Qagik Çarukyan istintaqa ifadəsində sifarişi Eduarda onun verdiyini bildirib.

Bu etirafdan sonra Çarukyan və Babayan həbs ediliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər