Cəlilabad rayonunda evdən oğurluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini Esmira Şükürovanın evindən pul və qızıl əşyalar oğurlanıb. Esmira Şükürova evindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Rəşad Sadatov və Cahid Nuriyev tutulublar.
Hacı Zeynalov