9 İyul 2018 16:09
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən İlham Abdurzakovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Qəbələ rayon Məhkəməsində hakim Fehruz Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, İlham Abdurzakov gəlir əldə etmək məqsədilə əxlaqsız yuvası təşkil edib. O, həmin əxlaqsızlıq yuvasında qadınları kişi müştərilərlə görüşdürərək, pul qazanıb.

Müəyyən edilib ki, İlham Abdurzakov cinayət işində adı keçən iki qadına kişi müştərilər təşkil edib.

Bunun müqabilində həmin müştərilərdən 50 manat alıb. Hər qadına müştərilərlə görüşməsi üçün 15 manat verib, qalan pulu isə özünə götürüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İlham Abdurzakov həbs edilib.

İstintaq orqanı tərəfindən İlham Abdurzakovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən İlham Abdurzakov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Daha sonra cinayət işində adı keçən zərərçəkmiş qadınlar ifadə verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər