15 Avqust 2014 18:20
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hərbi helikopterin qəzaya uğramasında təqsirli bilinən Fuad Məmmədov, Şakir Axundov və Rəşad İsmayılovun məhkəməsi başlayıb.

Bakı Hərbi Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işinə hakim Müslüm Əliyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, 2013-cü ilin fevralın 11-də, saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Qəza zamanı ölən leytenant Bəhruz Zeynalovun həmin ilin fevralın 21-də toyu olacaqmış.

Hadisə ilə bağlı Hərbi prokurorluqda araşdırma aparılıb və araşdırmalar zamanı təqsirləndirilən şəxslərin hadisənin naş verməsində günahkar biliniblər. Onların barəsində Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən şəxslər deyiblər ki, baş verən hadisədə onların heç bir günahı yoxdur.

Məhkəmə iclası sentyabrın 8-də davam etdiriləcək.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər