10 İyul 2018 12:52
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

İttihama görə, Elçin Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verib, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Elçin Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. O, sonradan işdən çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər