11 İyul 2018 11:04
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qayınatasını vəhşicəsinə öldürən 1965-ci il təvəllüdlü Samir Şabanovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin edilib.

Samir Şabanovun cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün barəsində olan həbs qətimkan tədbiri daha 2 ay müddətinə uzadılıb.

İttihama görə, qətl hadisəsi bu ilin aprelin 23-də Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Samir Şabanov qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb.

Samir Şabanov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, qətli törədən şəxs bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub. Daha sonra onların münasibəti pozulub və o, həyat yoldaşından boşanıb.

Lakin keçmiş qohumlar arasındakı gərgin münasibət davam edib. Samir Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş.

Nəhayət, Samir Şabanov qayınatasının Ramanadakı evinin yaxınlığına gedərək onunla məsələni aydınlaşdırmaq qərarına gəlib.

Münaqişə zəminində o, 53 yaşlı kişiyə dəmir parçası və bıçaqla çoxsaylı zərbələr endirib.

İstintaq orqanı tərəfindən Samir Şabanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər