11 İyul 2018 12:21
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən jurnalist Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutsn prosesdə hökm oxunub.

Elnur Məmmədov 3 il 6 müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Elnur Məmmədov öz qohumu Orxan Mehrəliyevə qarşı dələduzluq edib.

O, Orxan Mehrəliyevdən 10 min manat alıb və məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib.

Lakin Elnur Məmmədov vədinə əməl etməyib.

Elnur Məmmədov bundan qabaq iki dəfə məhkumluq həyatı yaşayıb.

O, Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə ittiham edilib.

Elnur Məmmədov (Vaqifoğlu) sayt rəhbəridir.

Onun rəhbərlik etdiyi saytın adı Mətbuat Şurasının qara siyahısındadır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər