Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsin həbs edilməsi istiqamətində xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın N.Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Mübariz Lətifoğlu saxlanılıb.
Mübariz Lətifoğlundan küstar üsulla düzəldilmiş tapança və 6 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.