11 İyul 2018 17:15
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

Teleqraf.com xəbər verir ki, iyulun 10-da Qusar rayon polis şöbəsinin əməkdaşları daxi olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanov saxlanılıb.

Ona məxsus evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 9150 qram təşkil edən hündürlüyü 45-210 sm olan 23 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər