ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs valideynlərinin gözü qarşısında 4 yaşlı uşağı qaçırmaq istəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon mağazasında baş verən hadisədə valideynin başlarının qarışıq olduğunu görən naməlum şəxs gözlənilmədən uşağı qaçırmağa cəhd edib.
Balaca qızın qışqırığını eşidən ana oğrunun arxasınca düşüb. Ələ keçəcəyindən qorxan şəxs uşağı qoyub hadisə yerindən uzaqlaşıb.
Hadisə təhlükəsizlik kameralarına düşüb. Həmin görüntüləri təqdim edirik:
https://www.youtube.com/watch?v=TlrgQYpnz1g