Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Lalə Hüseynova Sabunçu rayon ərazisində yerləşən evlərdən birində əxlaqsızlıq yuvası təşkil edib. O, orada yüngül həyat tərzi keçirən tanışı Sahibə Məmmədovanı (ad və soyad şərtidir – red.) kişi müştərilərlə görüşdürüb.
Bunun müqabilində o, hər müştəridən 40 manat alıb.
Lalə Hüseynova intim xidmət göstərən Sahibə Məmmədovaya 10 manat verib, qalan pulu isə özünə götürüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Lalə Hüseynovanın əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Lalə Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses iyulun 19-da davam edəcək.