Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xızı rayon sakini, 1976-cı il təvəllüdlü Xanım Bayramova Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə qardaşı, 1974-cü ilı təvəllüdlü Sədi Bayramov ilə mübahisə edib.
Mübahisə zamanı Sədi Bayramov bacısını bıçaqlanaraq öldürüb.
Cinayəti törədəndən sonra Sədi Bayramov yaşadığı Xızı rayonuna qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Sədi Bayramov rayon ərazisində saxlanılıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.