Bakının Sabunçu rayonunda kütləvi davanın iştirakçısı həbs edilib.
Teleqraf.com xəbər verir ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Bu barədə daxil olmuş məlumatla əlaqədar 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.
Qeyd edək ki, cinayət hadisəsi Maştağa qəsəbəsində gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə qeydə alınıb.
1993-cü il təvəllüdlü Hacıağa Əliyev və tanışı 3 naməlum şəxslə əlbəyaxa dava edib.
Nəticədə Hacıağa Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Cinayət işi başlanıb.