13 İyul 2018 13:04
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə müraciət edib.

Yalçın Nəzərov həmin tarixdə parkda olan zaman 3 nəfər naməlum şəxsin ona yaxınlaşaraq bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Yalçın Nəzərovun istintaqı yayındırmaq məqsədi ilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir quldurluq hadisəsinin törədilmədiyi müəyyən edilib.

Araşdırma zamanı müəyyən edilib ki, Yalçın Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib.

Daha sonra o, cinayəti gizlətmək məqsədi ilə hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədi ilə polisləri yayındırmaq istəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər