Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Biləsuvar rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əlinəzərli kənd sakinləri Ramil Məmmədov və Elşən Məmmədov saxlanılıblar.
Istintaq araşdırması zamanı hər iki şəxsin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.