15 İyul 2018 11:40
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda cibgirlik cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Aybəniz Məmmədova sərnişin avtobusunda soyğunçuluğa məruz qalıb.

Soyğunçu onun əl çantasından 690 manat pul, şəxsiyyət və sürücülük vəsiqəsini oğurlayıb.

Aybəniz Məmmədova baş verən hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət edib.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər