Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu alıb.
42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.