16 İyul 2018 08:42
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bir bankın rəhbəri olan 28 yaşlı Sergey Kovalçul törətdiyi dəhşətli cinayətlə ölkəsində hər kəsi şoka salıb.

Teleqraf.com xəbər verir ki, mübahisə etdiyi sevgilisini bıçaqla doğrayan Kovalçul daha sonra bu əməlini gizlətmək üçün qadının parçalanmış bədənini ayaqyoluna atıb.

O, bıçağa əl atmamışdan əvvəl 23 yaşlı sevgilisi Vera Nurbayevanı boğaraq öldürüb. Daha sonra mətbəx bıçağı ilə bədənini hissələrə parçalayaraq, ayaqyoluna atıb.

Sevgilisinin kəsilmiş başı, əl və ayaqlarını zibil paketinə qoyaraq Moskva şəhərinin kənarındakı zibilliyə atıb.

Cinayətini etiraf edən 28 yaşlı qatilə 9 il azadlıqdan məhrumetmə cəzasının verilməsi cəmiyyətin etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər