15 İyul 2018 21:25
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda qadın bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rayonun Avaztəpə kənd sakini 1958-ci il təvəllüdlü Lətifə İsmayılova bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

L. İsmayılovaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, L. İsmayılova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər