Daxili İşlər Nazirliyi ötən iki gündə baş verən cinayət hadisələri haqqında xüsusi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.