Bakıda dələduzluqda təqsirli bilinən Samir Abbasovun cinayət içi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Samir Abbasovun 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Növbəti proses iyulun 20-də davam edəcək.
İttihama görə, Samir Abbasov Azər Cəlilovu siqaret alveri etmək adı ilə aldadıb və onun 112 min manatını ələ keçirib.
Daha sonra o, Xalidə Quliyeva və Ayrən Quliyevanı da eyni üsulla aldadıb.
Məlum olub ki, Samir Abbasovun zərərçəkmiş Ayrən Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.
Məhkəmədə məlum olub ki, Samir Abbasov zərərçəkmiş Ayrən Quliyeva ilə ailə həyatı quracaqmış.
Samir Abbasov boşandıqdan sonra Ayrən Quliyeva ilə evlənəcəyinə dair vəd verib.
Hətta bu məqsədlə Ayrən Quliyevanın anası ilə də tanış olub.
Istintaq orqanı tərəfindən Samir Abbasovun barəsində Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.