16 İyul 2018 15:21
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Tofiq Rəcəbovun vəkili vəsatətlə çıxış edib.

O, bildirib ki, cinayət işinin istintaqı qanun pozuntusu ilə aparılıb. Vəkil cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyib.

Prokuror vəsatətə münasibət bildirmək üçün hakimlərdən vaxt istəyib.

Bu səbəbdən prosesin davamı iyulun 18-nə kimi təxirə salınıb.

İttihama görə, Tofiq Rəcəbov 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Tofiq Rəcəbov həbs olunan dövrə qədər bizneslə məşğul olub.

İttiham aktına əsasən, Tofiq Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur.

O, həmin pul qarşılığında Taleh Həsənovun torpaq sahəsini sənədləşdirməsinə dair vəd verib.

Lakin sonradan vədinə əməl etməyib.

Tofiq Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilməyib.

Tofiq Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Tofiq Rəcəbov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və bu qurumun binasına gətirilib. O, MTN-nin əməkdaşları tərəfindən hədə-qorxu, təzyiqlərə məruz qalıb.

Tofiq Rəcəbov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Tofiq Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər