Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Cavid İbrahimov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.
Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.
Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə səbəsbsiz mübahisə yaratmağa başlayıb. Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.
Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qaynanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.
Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.
Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanı kürəkəni Cavd İbrahimov öldürüb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O qeyd edib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb.
Onun sözlərinə görə, Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladı var: “2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi”.
Cavad İbrahimov qeyd edib ki, həyat yoldaşı Arzu qonşuluqda olan smetan sexində işləyib, ev işlərinə isə qaynanası baxıb: “Evimizdə qaz olmadığından qaynanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O, evdə darıxıdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.
Cavad İbrahimov bildirib ki, qaynanası ona əxlaqsız təklif edib. Onun sözlərinə görə, qayınanası Nigar əxlaqsız qadın olduğunu və onunla cinsi münasibətdə olmaq istədiyini, seksual hərəkətlər etməyi təklif edib: “Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək.
Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Onu divana uzatdım, paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm”.
Cavad İbrahimov bildirib ki, hadisə ilə bağlı təcili yardım çağırıb, 20 dəqiqə sonra təcili yardım gəlib: “Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.