18 İyul 2018 12:48
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən Ağcabədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və onun tanışı Rüstəm Bayramovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim çıxış etmək üçün prokurora söz verib.

Prokuror çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim onun istəyini nəzərə alıb.

Növbəti proses iyulun 20-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.

Fərabi Mənsura 60 min manat ziyan vurulub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Rüstəm Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, Münsif Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

Münsif Səfərov 1992-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər