19 İyul 2018 09:31
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsində çıxarılmış hökmdən prokuror tərəfindən verilən apelyasiya protesti və zərərçəkmiş tərəfindən verilən apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun protesti, zərərçəkmişlərin şikayətləri təmin edilməyib.

İttihama görə, Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifov Bakı şəhərində “Sədərək” ticarət mərkəzində mağaza açmaq adı ilə Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilən Kifayət Dostumalıyevanın barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu Kənan Yusifov polisin nəzarətinə verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxs barəsində bəraət hökmü çıxarıb. Hökmdən prokuror apelyasiya protesti verərək, onların həbs edilməsini istəyib.

Həmçinin zərərçəkmiş Rəna Verdiyeva apelyasiya şikayəti verib və dələduzluq yolu ilə ələ keçirilən pulunun geri qaytarılmasını istəyib.


Müəllif: Hacı Zeynalov