19 İyul 2018 12:51
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində penitensiar müəssisələrdə cəza çəkən 5055 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov tədbiri açaraq Xidmətin 2018-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsində bildirib.

Oqtay Məmmədov qeyd edib ki, 631 məhkum cəza çəkməkdən azad olunub, 1845 məhkumun cəza müddəti azaldılıb, 263 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.


Müəllif: Hacı Zeynalov