Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovanı bıçaqlayıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən Fuad Şahsuvarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.