Bakıda nişanlısını özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Ələddin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Ələddin Cavadovun ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi sübuta yetirilməyib.
Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Bundan sonra zərərçəkmiş tərəf hökmdən apelyasiya şikayəti verib.
Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və bəraət hökmü qüvvədə saxlanılıb.
A.Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısı Ələddin Cavadovdan ayrılıb.
İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.