Sosial mediada ananın 6 aylıq körpəsini döyməsini əks etdirən kadrlar yayılıb.
Teleqraf.com “Daily Mail”ə istinadla xəbər verir ki, sözügedən video internetdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb.
Körpəni döyənin yəmənli Mohaned Al-Haşdi olduğu müəyyən edilib və qadın həbs edilib.
O, ifadəsində həyat yoldaşından boşandığını, video vasitəsiylə ərindən pul qoparmaq istədiyini etiraf edib.
Əkiz körpələrin nəzarətə götürüldüyü, onların vəziyyətinin yaxşı olduğu bildirilib.