Bakının Nəsimi rayonunda apteklərdən birinə basqın olub.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gecə, saat 23 radələrində qeydə alınıb.
Nəsimi rayonu ərazisindəki apteklərin birinə gələn üzündə maska olan naməlum şəxs satıcını bıçaqla hədələyib və sonra kassa aparatından 900 manat pulu götürürək aradan çıxıb.
Baş verən quldurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102 - zəng mərkəzi” xidmətinə məlumat verilib.
Məlumatla bağlı 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.