Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rufan Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ittihama görə, Rufan Hüseynov 2014-2015- illərdə Suriyada qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib. O, İŞID tərkibində olan "Çeçen caamatı"na qoşulub. Daha sonra Türkiyəyə qayıdıb, orada saxlanaraq Azərbaycana deportasiya edilib.
Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.