25 İyul 2018 17:31
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 17 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sərxan Fərzəliyevin yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Aytən Nəsibovanın üzərinə və şəxsi əşyalarına baxış keçirilib.

Bu zaman uşaq paltarlarının arasında gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd "İ-mobile" markalı mobil telefon aşkar edilərək götürülüb.

Sərxan Fərzəliyev Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi), 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha bir əməliyyat 17 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Taley Naibovun yanına qısamüddətli görüşə gəlmiş bacısı qızı Bakı şəhəri sakini Nuray Süleymanovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əl çantasında gizlətdiyi 1 ədəd "SAMSUNG" markalı mobil telefon, daxilində 1 ədəd “nar” və 1 ədəd “bakcell” nömrəsi aşkar edilib.

Taley Naibov Cinayət Məcəlləsinin 204.1 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Toplanmış sənədlər və maddi sübutlar Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər