Abşeron rayonunda nənəsini xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 18 yaşlı Nihat Muradovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses avqustun 9-da davam edəcək.
İttihama görə, Abşeron rayonunun Saray qəsəbəsində 2000-ci il təvəllüdlü Nihat Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Seyidzadəni bıçaqlayaraq öldürüb.
Məlum olub ki, Nihat Hacıyev özünə mobil telefon almaq istəyib. Bu məqsədlə valideyinlərindən pul istəyib.
Lakin valideyinləri ona pul verməyib.
Bundan sonra Nihat evdəki qızılları oğurlayıb satmaq istəyib. Valideyinləri evdə olmayan zaman qızılları götürüb və evdən qaçmaq istəyən Nihata onlara qonaq gələn nənəsi mane olmaq istəyib.
Sonda məlum cinayət faktı qeydə alınıb.
İstintaq orqanı tərəfindən Nihat Muradovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.