Ukraynanın Odessa vilayətinin Suvorovsk rayonunda sərxoş sürücü təqaüdçünü maşınla vuraraq hadisə yerindən qaçmaq istəyib.
Teleqraf.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, polis artıq sürücünü saxlayıb.
Məlumata əsasən, saxlanılan şəxs Sadiq ləqəbli kriminal avtoritetin qardaşıdır. Polis içkili olan 32 yaşlı sürücünün “Mercedes” markalı avtomobillə 71 yaşlı təqaüdçünü vurduğunu qeyd edib. Hadisə nəticəsində maşında olan digər iki qadın sərnişin isə xəsarət alıb.
Şahidlərin sözlərinə görə, “Mercedes” o qədər yüksək sürətlə hərəkət edib ki, qəza zamanı zərbənin gücündən yaşlı adamın bədəni hissələrə parçalanıb. Onlar həmin avtomobilin tez-tez bu rayonda yüksək sürətlə hərəkət etdiyini bildiriblər.
Qeyd edək ki, sürücünün qardaşı Lotu Qulinin Odessa üzrə kriminal aləmə nəzarət edən adamı Sadiqdir.