Türkiyənin Şanlıurfa vilayətində 2 yaşlı qız uşağının başı kəsilmiş cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə ilə əlaqədar ögey ana həbs edilib. Atadan isə uzun müddətdir xəbər yoxdur.
Bildirilir ki, insident Əyyubiyə qəsəbəsində baş verib. Çınqıl daşların töküldüyü ərazidə başı bədənindən ayrılmış qız uşağının cəsədi aşkar edilib. Hadisə yerində araşdırma aparan istintaqçılar cəsədin 20 gün öncə bura atıldığını müəyyən ediblər. Uşağın nəşi tibbi ekspertiza üçün Şanlıurfa Ədliyyə Tibb Qurumuna aparılıb.
Faktla bağlı araşdırma aparılıb.