Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon sakini rayon polis şöbəsinə müraciət edərək evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib.
Əlibala Şirinov şübhəli şəxs qismində saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.